“General Motors” və “Ford” ABŞ-da istehlakçı tələbinin güclü olduğunu bildirib

“General Motors” və “Ford” ABŞ-da istehlakçı tələbinin güclü olduğunu açıqlayıb.

“General Motors” (GM) və “Ford” şirkətlərinin rəhbərləri avtomobil bazarı və mənfəət planları ilə bağlı optimist olduqlarını, həmçinin ABŞ-da istehlakçı tələbinin güclü olmağa davam etdiyini bildiriblər.

İndex.az xəbər verir ki, GM-in Baş Maliyyə Direktoru Paul Ceykobson, fevral ayından sonra mart ayında da avtomobil satışlarının gözləniləndən yaxşı olduğunu söyləyib.

Tələbin kifayət qədər güclü olduğunu ifadə edən Ceykobson, 2024-cü ili çox yaxşı başladıqlarını qeyd edib.

GM 2-2,5%-lik qiymət endiriminin olcağını proqnozlaşdırmışdı, lakin bu il qiymətlərdə heç bir azalma müşahidə edilməyib.

“Ford”un Baş Maliyyə Direktoru Con Lauler şirkətin illik əsas mənfəət proqnozunu 10-12 milyard dollar arasında təsdiqləyib.

ABŞ bazarında işlərin olduqca yaxşı göründüyünü deyən Lauler, qiymətlərin gözlənildiyindən daha yaxşı vəziyyətdə olduğunu söylədi.

Bununla belə, Louler qeyd edib ki, elektrik avtomobillərinə tələbat sənayenin gözləntisindən xeyli aşağıdır.

Lauler əlavə etdi ki, “Ford”un sedanların, yolsuzluq avtomobillərinin və yük maşınlarının əsasını təşkil edə biləcək yeni, ucuz elektromobil arxitekturası üzərində işləyən bir komandası var.