Sabunçuda suyun verilməsində fasilə yaranıb

Bu gün Bakının Sabunçu rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə İndex.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza  ilə əlaqədar martın 23-də Sabunçu rayonunun bir hissəsinə (Yavər Əliyev küçəsu, Şəhər şosesi ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Qurum bununla  əlaqədar abonentlərdən üzr istəyir.