Azərbaycan Türkiyədən 4 milyon dollarlıq tütün alıb

Bu ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana 3 milyon 978 min ABŞ dolları dəyərində tütün ixrac olunub.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 55,5 % azdır.

Həmçinin cari ilin fevralında Türkiyədən ölkəmizə 2 milyon 209 min ABŞ dolları dəyərində tütün gətirilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7,1 dəfə (617,8 %) çoxdur.