“Mercedes” daha 150 min avtomobili geri çağırır

Almaniyanın Ştutqart şəhərində yerləşən “Mercedes”, sərnişin oturacağının altındakı 48 voltluq zəif bağlantı səbəbiylə 116 min 20 avtomobili geri çağırdığını açıqladı.

İndex.az xəbər verir ki, bu səhv kabelin həddindən artıq qızmasına və yanğına səbəb ola bilər.

“Mercedes” bu səhvin qəzaya və ya xəsarətlərə səbəb olmadığını bildirdi. Geri çağırılan avtomobillər arasında 2019-2024-cü il modellərinin AMG GLE53, AMG GLE63 S, AMG GLS63, GLE350, GLE450, GLE580, GLS450, GLS580 və GLS600 modelləri var.