“Tesla” qiymətləri artırır

Aprelin 1-dən etibarən “Tesla” Çində istehsal olunmuş “Model Y”ın qiymətini 5 min yuan (694,55 dollar) artıracaq.

İndex.az xəbər verir ki, bunu şirkət “Reuters”ə təsdiqləyib.

Xatırladaq ki, şənbə günü verilmiş açıqlamaya görə, martın 22-dən bəzi Avropa ölkələrində “Model Y” avtomobillərinin qiymətlərinin təxminən 2 000 avro (2 177 dollar) artırılacaq. Cümə günü isə şirkət ABŞ-də bütün “Model Y” avtomobilləri üçün 1 000 dollar qiymət artımı elan edib.