Bu gün banklar 61 milyon dollar aldı – HƏRRAC

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 61 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 aprel 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 26 % azalıb.