“Porsche”, “Taycan Turbo GT”nin rekord qırdığı videonun yayımladı – VİDEO

Yanvar ayında “Porsche”, yenilənmiş “Taycan” ilə Nürburqrinqdə 7:07.55-lik çətin rekordu qırdığını bildirmişdi.

İndex.az xəbər verir ki, şirkət “Taycan Turbo GT” modelini ictimayyətə təqdim etdikdən sonra avtomobilin rekord qırdığı videonu yayımlayıb.

Videoda daxili yanma ilə işləyən super idman avtomobillərinin mühərrik səsi olmadığı üçün bəzi insanlar üçün darıxdırıcı görünsə də, digərləri elektrik mühərriklərinin yüksək tonlu səsi ilə maraqlanır.

Bundan əlavə, sürücü Lars Kernin “Hücum rejimi” funksiyasından istifadə üsulu videonu maraqlı edib.

“Formula E” yarış avtomobillərindən ilhamlanan rejim bir dəfəyə 10 saniyə ərzində əlavə 160 at gücündən istifadə etməyə imkan verir.

“Taycan Turbo GT” 1092 at gücündədir.

Bu güc və “Weissach” paketi ilə avtomobil 0-dan 100 km/saat sürəti 2,1 saniyəyə yığa bilir.

Avtomobilin son sürəti 306 km/saatdır.

Bu nəhəng güc sayəsində “Taycan Turbo GT” Nürburqrinqi keçən ən sürətli dördqapılı avtomobil olmağı bacarıb.

“Porsche”, eyni zamanda, Kaliforniyadakı Laguna Seca dövrəsində ən sürətli elektrikli avtomobil dövrə rekordunu da qırıb: 1:27,87.

Bu, “911 GT2 RS” (991)-dən təxminən yarım saniyə, “918 Spyder”dən 2 saniyə daha sürətlidir.