Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Göygöl, Şəmkir və Sabirabad rayonlarında qaz təchizatında fasilə yaranacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Göygöl rayonunun Yeni Qızılca kəndində fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi, Şəmkir rayonu ərazisində daşıyıcı yeraltı qaz xəttində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğvi, Sabirabad rayonunun kəndlərini təbii qazla təmin edən “Qaraqaşlı-Narlıq” yeraltı qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədi ilə martın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə Göygöl rayonunun Qızılca, Yeni Qızılca, Bəhrambəy, Sərkar və Haçaqaya kəndlərinin, Şəmkir rayonunun Kür, Səməd Vurğun qəsəbələrinin, Qapanlı, Yeni Abad kəndlərinin, eləcə də Sabirabad rayonunun Həsənli, Balvar, Qaralı, Cavad, Zəngənə, Əlicanlı, Türkədi, Yolçubəyli, Narlıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.