“Mercedes” Çin şirkətlərinə tətbiq edilən verginin azaldılmasını istəyir

“Mercedes-Benz”in rəhbəri Ola Källenius, artan rəqabətin Avropa brendlərini daha yaxşı avtomobillər istehsal etməyə məcbur edəcəyinə inanaraq, Avropanın Çindən idxal edilən elektrikli avtomobillərə gömrük rüsumlarını azaltmalı olduğunu deyib.

İndex.az xəbər verir ki, Källenius bu sözləri “Financial Times”a verdiyi son müsahibəsində Avropa Komissiyasının Çin elektrik avtomobillərinə idxal rüsumlarının artırılmasını nəzərdən keçirərkən deyib.

O, Çin şirkətlərinin Avropaya ixracının təbii rəqabət mərhələsi olduğunu və buna daha yaxşı məhsullar və daha yaxşı texnologiya ilə cavab verilməli olduğunu bildirib.