Şöbə müdiri: “Hələ də əmək müqaviləsi olmadan işləyənlər var”

“Əmək müqaviləsi olmadan müvafiq işlərin görülməsinə cəlb edilən işçilər də var”.

İndex.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov deyib.

Onun sözlərinə görə, həmin işçi lazımi sosial hüquqlardan məhrum olur: “Ona görə də işəgötürən və işçi mütləq şəkildə əmək müqaviləsinin bağlanmasında maraqlı olmalıdırlar. Əmək müvaqiləsi mütləqdir”.