Ən çox satılan elektrik avtomobilləri açıqlanıb

Elektrikli avtomobil bazarına diqqət yetirən hesabata görə, “Tesla” 2024-cü ilin fevral ayında yüzdə 19,9 bazar payına malikdir, onu yüzdə 17,1 ilə BYD izləyir.

İndex.az xəbər verir ki, Çin şirkətinin ilin sonuna qədər İlon Maskın “Tesla”nı ötəcəyi gözlənilir.

Bazarda ən yüksək paya sahib ilk 10 şirkəti təşkil edən markalara baxdığımızda Amerika mərkəzli “Tesla” zirvədə olsa da, Çin öz markalarından dördünü siyahıya əlavə edərək fərq yaradır.

Hal-hazırda bazarda üstünlük təşkil edən ilk 10 BEV şirkəti ümumi bazarın 65 faizini təşkil edir.