“Ford” gömrük rüsumlarını pozduğuna görə cərimə ödəyəcək

ABŞ-ın avtomobil istehsalçısı “Ford Motor”, yüz minlərlə “Transit Connect” avtomobilini səhv təsnifatlandıraraq və dəyərsizləşdirərək ABŞ gömrük qaydalarını pozduğuna dair ittihamları həll etmək üçün 365 milyon dollar ödəməyə razılaşıb.

İndex.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi “Ford”un yüksək vergi ödəməmək üçün 2009-cu ilin aprelindən 2013-cü ilin martına qədər Türkiyədən idxal etdiyi yük daşıma furqonlarını səhv təsnifatlandırdığı iddiasından əl çəkməsi müqabilində 365 milyon dollar ödəyəcəyini açıqlayıb.

Açıqlamada, sözügedən məbləğin yaxın tarixdə ödənilən ən böyük gömrük rüsumu cəzalarından biri olduğu bildirilib.