“ChatGPT” bir evin istifadə etdiyi elektrik enerjisindən 17 min dəfə çox istehlak edir

Süni intellekt gözlənildiyindən qat-qat çox elektrik enerjisi sərf edir.

İndex.az xəbər verir ki, “The New Yorker”in məlumatına görə, “OpenAI”nin çatbotu “ChatGPT” gündə təxminən 200 milyon sorğuya cavab vermək üçün yarım milyon kilovat saatdan çox elektrik enerjisi sərf edir.

Hesabatda orta hesabla ABŞ-da ev təsərrüfatlarının gündə təxminən 29 kilovat-saat elektrik enerjisi istifadə edildiyi bildirilir. “ChatGPT”nin gündəlik istifadə etdiyi elektrik enerjisinin miqdarını orta ev təsərrüfatının istifadə etdiyi məbləğə bölsək, “ChatGPT”nin 17 min dəfədən çox elektrik istifadə etdiyini görürük.

Bu, əlbəttə ki, çoxdur və generativ süni intellekt daha çox qəbul olunarsa, elektrik istehlakı daha da arta bilər.