Uçan avtomobillərin istehsalına başlanıldı

Yaponiya uçan avtomobillərin istehsalına başlayıb.

İndex.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, “Skydrive” şirkəti Yaponiyada “Suzuki” zavodunda “SD-05” (eVTOL) uçan avtomobilinin istehsalına başlandığını açıqlayıb.

İldə 100 ədəd uçan maşının istehsal olunacağı qeyd olunub. Maşının maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir. 2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.

Qafqazinfo