1000 manat olan QAZ-31 2620 manata özəlləşdirildi – HƏRRAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb.

İndex.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac rəqabətli olub. İlkin qiyməti 1000 manat olan QAZ-31105 markalı avtomobil 2620 manata özəlləşdirilib.

Hərracda satılmış əmlakların siyahısı ilə https://clck.ru/39EKj2 linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 12-13 martda keçiriləcək. Hərraclara 85 nəqliyyat vasitəsi, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının balansında olan 20 daşınmaz əmlak çıxarılacaq.