Masallıda qazıntı zamanı qaz kəməri zədələnib, 2500 abonent qazsız qalıb

Masallı rayonu ərazisində “Aztelekom” şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı diametri 160 mm-lik yeraltı qaz kəməri zədələnib.

İndex.az xəbər verir ki, nəticədə Boradigah, Çayqıraq və Bədəlan kəndləri olmaqla 2500 abonentin qaz təchizatı saat 12:13-dən dayandırılıb.

Qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir.