“Apple” imtina etsə də, “Chery” “iCar” avtomobilini buraxdı

Uzun bir iş müddətindən sonra “Apple” “iCar” adlı elektrik avtomobil layihəsindən imtina etsə də, Çinin “Chery” şirkəti “iCar 03” adlı yeni SUV modelini təqdim edib.

İndex.az xəbər verir ki, “Chery” ayda 10 minə yaxın yeni SUV modeli “iCar 03” satmağı planlaşdırır.

Çin markası xüsusilə gəncləri hədəf alan model üçün 109,800 Yuan (15 250 dollar) başlanğıc qiyməti təyin edib.

Standart və ya uzun məsafədən tutmuş 4×2 və ya 4×4 xüsusiyyətli 6 fərqli versiyada satılacaq “iCar 03″ün qiymətləri belədir:

Standart RWD (4×2) – 15 250 dollar
Təkmil RWD (4×2) – 16 650 dollar
Uzun məsafəli RWD (4×2) – 18 050 dollar
Uzun mənzilli AWD (4×4) – 19,400 dollar
Uzun məsafəli Advanced AWD (4×4) – 22,200 dollar
Uzun məsafəli smart drive AWD (4×4) – 23,600 dollar