Yeni “Tesla Roadster” 0-dan 100-ə 1 saniyədən az müddətdə çatacaq

“Tesla” şirkətinin baş direktoru İlon Mask yeni nəsil “Tesla Roadster”in satışa çıxacağı tarixi açıqlayıb.

İndex.az xəbər verir ki, Mask çox iddialı olsa da, avtomobilin 1 saniyədən az müddətdə 100 km/saat sürətə çatacağını söyləyib.

Mask öz paylaşımında bildirib ki, “Roadster 2” modeli 2024-cü ilin sonunda yollara çıxacaq.

Maskın yeni “Roadster” haqqında açıqlamaları 2017-ci ildə təqdim edilən modeldən çox fərqli görünür.

Maraqlıdır ki, hətta avtomobilin “SpaceX “ilə birgə hazırlanmış bir versiyası da ola bilər.

2018-ci ildə Mask bu avtomobilin 10 kiçik raket gücləndiricili xüsusi versiyasınln olacağını bildirmişdi.