Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-mart aylarını 0,4 milyon manat xalis zərərlə başa vurub.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 33,3% azdır.
3 ay ərzində kredit ittifaqlarının gəlirləri 0,8 milyon manat (illik müqayisədə 14,3% çox), xərcləri 0,3 milyon manat (57% çox), xüsusi ehtiyatlara ayırmaları 0,8 milyon manat (20% az), mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.