Şokolad böhranı: Kakaonun qiyməti tarixi maksimuma çatdı

Yanvar ayında birjalarda kakaonun qiyməti tarixi maksimuma çatıb.

İndex.az xəbər verir ki, bu barədə “Lenta.ru” nəşri yazıır.

Bildirilib ki, 2023-cü ilin əvvəli ilə müqayisədə fyuçers qiymətləri 60-70% artıb.

Dünya birjalarında kakaonun qiymətinin rekord dərəcədə artması Rusiyada tünd şokolad qıtlığı təhlükəsini yaradıb. İstehsalçılar şokolad məhsullarının qiymətlərinin 60-70% arta biləcəyi barədə xəbərdarlıq edirlər.

Nəşr yazır ki, bu, Afrika ölkələrində iqlim dəyişikliyi fonunda məhsul çatışmazlığı səbəbindən xammalın qiymətinin kəskin artması ilə bağlıdır.

Ən böyük şokolad tədarükçüsü “Barry Callebaut” şirkəti artıq ilin əvvəlindən 20% qiymət artımı elan edib. Rusiya istehsalçıları da şokoladın qiymətinin 60-70% arta biləcəyi barədə xəbərdarlıq edirlər. Kakaonun payının yüksək olduğu tünd şokoladın qiymətləri xüsusilə güclü artacaq.

Mənfəəti qorumaq üçün istehsalçılar kakao yağını daha ucuz yağlarla əvəz etməklə keyfiyyətə qənaət edə bilərlər. Agentlik qeyd edir ki, şokoladın tərkibindəki kakaonun faizini də azaltmaq mümkündür.