Ötən il 900-dən artıq dövlət əmlakı özəlləşdirilib

2023-cü ildə Azərbaycanda 903 dövlət əmlakı özəlləşdirilib, dövlət büdcəsinə 116 milyon manata yaxın vəsait daxil olub.

İndex.az xəbər verir ki, bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Abdullayev bildirib.

Onun sözlərinə görə, bununla da büdcə proqnozu 105,4 % yerinə yetirilib.

“2023-cü ildə dövlət xidmətləri üzrə vətəndaşlardan, sahibkarlardan, dövlət qurumlarından və bələdiyyərdən Dövlət Xidmətinə 1,2 milyon elektron müraciət daxil olub. Ümumilikdə iis daxil olan müraciətlərin sayı 3 milyona çatıb”, – deyə M.Abdullayev əlavə edib.