Rusiyaya 4,2 milyon ədəd yumurta göndərmişik

Azərbaycan artıq Rusiyaya 4,2 milyon ədəd yumurta verib

Dünən Azərbaycandan Rusiyaya 612 min ədəddən ibarət süfrə yumurtasının daha bir partiyası yola salınıb.

İndex.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilir ki, artıq Azərbaycandan ümumilikdə Rusiyaya 4,2 milyon ədəd yumurta göndərilib.

“Yanvarın 25-nə Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd süfrə  yumurtası idxal edilib”, – deyə idarədən bildirilib.

Azərbaycandan Rusiyaya ərzaq yumurtalarının tədarükü 2023-cü il dekabrın 19-dan başlayıb.