Pomidor satışından 140 milyon dollar qazanmışıq

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 140,5 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə 10,3 milyon ABŞ dolları və ya 6,83 % azdır.

2023-cü ilin noyabr ayında Azərbaycan 14,4 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu, 2022-ci ilin noyabr ayı ilə müqayisədə 0,7 milyon ABŞ dolları və ya 5,11 % çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.