İspaniya hökuməti bu gün ölkədə pandemiya ilə əlaqədar tətbiq edilən maska rejiminin aprelin 20-dən əhəmiyyətli dərəcədə yumşaldılacağı qərarını təsdiqləyib.
İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin tviter səhifəsində məlumat yerləşdirilib.
İndiyə qədər krallıq sakinlərindən bütün ictimai yerlərdə, o cümlədən mağazalar, kafelər, restoranlar və ya məktəblər kimi qapalı yerlərdə maska taxmaq tələb olunurdu. Ölkədə sərt maska rejimi təxminən iki il əvvəldən tətbiq edilir.
Çərşənbə günündən etibarən maska taxılması xəstəxanalarda, qocalar evlərində, eləcə də ictimai nəqliyyatda məcburi olacaq.