YAP-ın Yasamal təşkilatı “Azərsu”yu məhkəməyə verib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “Azərsu” ASC-ni məhkəməyə verib.

Index.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinə müraciət edən YAP-ın rayon təşkilatı su təchizatı ilə bağlı tələb irəli sürüb.

İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.