Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
İndex.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 61,7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb aprelin 24-də keçirilən əvvəlki hərracla müqayisədə 24,1% azalıb.