Deputatın şirkətinə cərimə protokolu yazıldı

“Azeri Med” QSC-yə cərimə protokolu yazılıb.

İndex.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, QSC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: “Azeri Med” QSC-nin sahibi deputat Kəmaləddin Qafarovdur (qeyri-rəsmi).