Aqrar sektor 3%-dən çox böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 11 milyard 571 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,8 % artaraq milyard 842 milyon manat təşkil edib, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 % artaraq 5 milyard 728 milyon manat təşkil edib.

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 223,1 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,9 % çox dənli və dənli paxlalı bitkilər, 995,9 min ton (5,4 % az) kartof, 1812,8 min ton (0,1 % çox) tərəvəz, 438,2 min ton (6,5 % az) bostan məhsulları, 1249,2 min ton (0,1 % çox) meyvə və giləmeyvə, 222,9 min ton (5,3 % çox) üzüm, 1123,8 min ton (12,3 % çox) yaşıl çay yarpağı, 29,2 min ton (1,3 % çox) günəbaxan, 213,5 min ton (4,8 % çox) şəkər çuğunduru, 5,3 min ton (22,3 % çox) tütün və 262,6 min ton (12,2 % az) pambıq yığılıb.

2023-cü ilin yanvar-noyabr aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 538,2 min ton ət, 2 062,2 min ton süd, 2 001,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 %, süd istehsalı 1,3 %, yumurta istehsalı 9,9 %, barama istehsalı 4,6 % artıb, yun istehsalı isə 3 % azalıb”, – deyə məlumatda qeyd olunub.