Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir? – BİOQRAFİYA

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Zaur Rauf oğlu Mikayılov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri təyin edildi.

İndex.az-ın əldə etdiyi məlumata görə, bu təyinatadək Zaur Mikayılov “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə o “Agro Dairy” MMC-də eyni vəzifəni tutub. Adıçəkilən şirkət “PAŞA Holdinq”in strukturuna daxildir.

Bundan öncə isə Zaur Mikayılov “PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub və “Port Baku Towers”in baş direktoru olub.

2001-2009-cu illər ərzində isə “Bakcell” MMC-də baş kommersiya inzabatçısı kimi çalışıb.

Zaur Mikayılov Boğaziçi Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.