Bu ilin yanvar-mart aylarında Azərbaycan 14,9 milyon ABŞ dolları dəyərində ət idxal edib.
İndex.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, ölkəyə idxal edilən ətin ümumi həcmi 8 794 ton təşkil edib.
Belə ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 26 % azdır. Çəki baxımından isə idxal edilən ətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 221 ton və 20 % azdır.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,6 %-ni təşkil edib.