“Apple” və “Disney” X-də reklamlarını dayandırıb

“Twitter” (X) sahibi İlon Maskın antisemit bəyanatından sonra “Apple”, “Disney” və “Warner Bros” platformadakı reklamlarını dayandırıblar.

İndex.az xəbər verir ki, İlon Mask X-də bir izləyicinin paylaşımına cavab verib.

İzləyici, qərb yəhudi əhalisinin öz ölkələrinə axın edən orduların onları o qədər də sevmədiyini anladığını bildirib.

Mask bu şərhi yenidən paylaşaraq əsl həqiqəti söylədiyini yazıb.

İlon Mask bu antisemit bəyanatı verdikdən sonra “Disney”, “Apple”, “Lionsgate”, IBM və bir çox digər böyük şirkətlər öz reklamlarını “Twitter” (X) sosial media platformasından çıxarırlar.