
İspaniyada zeytun yağının bahalaşması səbəbiylə oğurluq hadisələrinin artması ilə supermarketlər tədbir görməyə başlayıb.
İndex.az xəbər verir ki, dünyanın ən böyük zeytun yağı istehsalçısı İspaniyada məhsulun litrinin qiyməti 15 avroya yüksəlib.
Supermarketlər kosmetika, içkilər və elektron cihaz şöbələrində istifadə edilənlərə bənzər zeytun yağı şüşələrinə təhlükəsizlik siqnalları quraşdırmağa başlayıblar.
İspaniyanın cənubunda Əndəlüsdə 30 filialı olan “Tu Super” supermarketlər şəbəkəsinin baş direktoru Ruben Navarro deyib: “Oğurluq hadisələrində ciddi artım var. Zeytun yağı baha qiymətə görə oğruların hədəfindədir”.