“iPhone”lar üçün bu batareya hiyləsi sosial mediada gündəm oldu!

Bu yaxınlarda “TikTok”da görünən bəzi videolar “iPhone”un batareyasının ömrünü əhəmiyyətli dərəcədə artırdığını iddia edir.

İndex.az xəbər verir ki, videoyaya əsasən, sadəcə olaraq “iPhone”da Parametrlər > Əlçatanlıq > Ekran və Mətn Ölçüsü bölməsinə daxil olub Ağ Nöqtəni > Azalt seçimini aktiv etmək kifayətdir.

“iPhone”da olan bu funksiya ekrandakı ağ nöqtələri və parlaqlığı azaldır və daha az enerji sərf etməyə imkan verir. Bu da batareyaya qənaət edir. “TikTok”dakı videolar şəffaflığın minimuma endirilməsinin daha çox batareyaya qənaət edəcəyini iddia edir.

Bu xüsusiyyətin batareyanın ömrünü artırması olduqca məntiqli görünür. Parlaqlıq baxımından sönük ekranın daha az enerji sərf edəcəyini söyləmək mümkündür. Bununla belə, hesab edirik ki, bəzi istifadəçilərin batareyanın ömrünü iki dəfə artırması ilə bağlı iddiaları doğru deyil.

Ekranda ağ nöqtələrin və parlaqlığın azaldılması batareyaya qənaət etməyə kömək edə bilər, lakin bunun ekran keyfiyyətinə vizual təsir göstərə biləcəyini də qeyd etmək lazımdır. Xüsusilə günəşin altında olduğunuz parlaq mühitlərdə tutqun ekrana baxmaq narahat ola bilər.

Digər tərəfdən, sənaye mütəxəssisləri ağ balansın pozulmasının zamanla OLED displeylərdə yanma problemlərinə səbəb ola biləcəyinə diqqət çəkdilər. Bu o deməkdir ki, Ağ Nöqtəni > Azalt funksiyasından istifadə edərkən iki dəfə düşünməlisiniz.