
Fransada gündəm birinci xanım Bricit Makrondur. Çünki, aralarındakı böyük yaş fərqinə görə, daim gündəmdə olan Bricit Makron ilə həyat yoldaşı Emmanuel Makronun münasibətləri ilə bağlı diqqətçəkən açıqlamalar verilib.
İndex.az xəbər verir ki, Fransa mətbuatına danışan 70 yaşlı Bricit Makron “Fransanın gələcək prezidenti” ilə görüşməyə başladığı zaman yaşadıqlarından danışıb.
Bricit Makron Emmanuel Makronun cəmi 15 yaşında ikən özünün 40 yaşında olduğunu deyib: “Münasibətin əvvəlində daim narahat idim. Mən çaşqın idim. Qorxurdum ki, o, məni öz yaşıdıyla aldadar və tərk edib gedər. Emmanuel təhsil almaq üçün Parisə gedəndə öz-özümə dedim ki, o yaşıdı birinə aşiq ola bilər, amma bu heç vaxt baş vermədi”.
Hazırda 70 yaşı olan Bricitlə Fransa prezidenti arasında 25 yaş fərq var.
Qeyd edək ki, Fransada konsensual cinsi əlaqə yaşı 15 olaraq təyin olunub. Bricit Emmanuel ilə Amiensdəki Katolik Məktəbində dərs deyərkən tanış olub. Bricit Makronun qızı o vaxt Emmanuelin sinif yoldaşı olub.
İkisinin münasibətləri üzə çıxanda Emmanuel Makronun ailəsi azyaşlı uşaqlarını Parisdəki internat məktəbinə göndərib. Bricit Makron isə bir müddət sonra ərindən boşanıb.