İsrail-Həmas müharibəsinin saxta görüntüləri ilə pul qazanırlar

BBC-nin Qlobal Dezinformasiyaya Qarşı Mübarizə Bölməsindən Qriqor Atanesyanın xəbərinə görə, bu istifadəçilər əvvəllər “Twitter” kimi tanınan X platformasında oktyabr ayında ingiliscə ən çox izlənən məzmunlar müharibə ilə bağlı olub.

İndex.az xəbər verir ki, bölgədə heç bir təcrübəsi olmadığı halda milyonlarla izləyicisi olan bu “influencer”lərdən bəziləri, HƏMAS-ın həyata keçirdiyi hücumu inkar edir və arxiv görüntüləri, manipulyasiya edilmiş görüntülər və süni intellektin yaratdığı görüntülərlə reallaşmamış hadisələrin baş verdiyi təəssüratı yaradır.

Mütəxəssislərin fikrincə, bu yalan və təxribatçı məlumatları paylaşan hesablar X-in gəlir sistemi vasitəsilə pul qazanır.

Bildirilir ki, X platformasında təsdiqlənmiş və pul qazana bilən hesablar daha çox önə çəkilir.