İsrailin hədəfi İndoneziya xəstəxanası oldu

Fələstinin WAFA xəbər agentliyinin xəbərində İsrail ordusunun İndoneziya xəstəxanası və ətrafını artilleriya atəşi ilə hədəfə alması nəticəsində aralarında həkimlərin də olduğu yaralıların olduğu bildirilib.

İndex.az xəbər verir ki, “Şihab” xəbər agentliyi özünün “Telegram” səhifəsində İndoneziya Xəstəxanasının içindən jurnalist Enes Şerifdən sitat gətirib: “İşğal qüvvələri birbaşa xəstəxananı hədəf alır. O, xəstələrə və yaralılara atəş açır. Bu son görüş ola bilər. Xahiş edirəm, burada işlər olduqca çətindir”.

WAFA həmçinin İsrail ordusunun Qəzzada İndoneziya xəstəxanasına hücumu nəticəsində ən azı 8 fələstinlinin həyatını itirdiyini bildirib.