Rusiyadan Afrikaya pulsuz taxıl daşınması başlayıb

Rusiyada Afrikaya gəmilərlə pulsuz taxıl daşınmasına başlanılıb.

İndex.az xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev Afrikanın bəzi ölkələrinə pulsuz taxıl daşınmasına başladığını və ayın sonunda iki gəminin Somali və Burkina Fasoya çatacağını açıqlayıb:

“Hər biri 25 min tonluq ilk iki gəmi Somali və Burkina Faso istiqamətində hərəkətə başlayıb. Noyabrın sonunda onların təyinat yerinə çatmasını gözləyirik”.

Patruşev qeyd edib ki, ilin sonuna kimi Mali, Mərkəzi Afrika Respublikası və Eritreyaya daşımalara başlanılacaq.

Rusiya prezidenti Vladimir Putin iyulun 27-də verdiyi açıqlamada Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxıl göndərəcəklərini bildirib.