Pomidor ixracından 11 milyon dollar qazanmışıq

Bu ilin fevral ayında Azərbaycan 10,8 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Məlumata görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 45,9 % çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində isə Azərbaycan 24,5 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib. Bu, 2021-ci ilin eyni iki ayı ilə müqayisədə 10,3 milyon ABŞ dolları və ya 72,5 % çoxdur.