Azərbaycanda inək, camış və qoyunların sayı azalıb – RƏSMİ

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda heyvandarlıq sahəsi ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.

İndex.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycanda iribunyuzlu mal-qara, inək-camış və qoyun-quzu sayında ümumi olaraq 862 500 baş azalma qeydə alınıb.

Belə ki, ötən ilin 3 rübündə 2 milyon 646 min 600 baş olan iribuynuzlu mal-qara sayı cari ilin eyni dövründə 113 400 baş azalaraq 2 milyon 533 min 200 baş olub.

Ötən ilin 3 rübündə 1 milyon 295 min 400 baş olan inək-camış sayı cari ilin 3 rübü ərzində 43 min 900 baş azalaraq 1 milyon 251 min 500 başa, 7 milyon 928 min 400 baş olan qoyun-quzu sayı isə 705 min 200 baş azalaraq 7 milyon 223 min 200 başa enib.