Türkiyədən Azərbaycana 2 milyon dollarlıq zeytun və zeytun yağı gətirilib

Bu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana 2 milyon 317 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 % çoxdur.

Həmçinin cari ilin oktyabr ayında Türkiyədən ölkəmizə 247 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 35,3 % çoxdur.