
“İnter RAO” tərəfindən edilən yazılı açıqlamada Monqolustanın Rusiyadan idxal etdiyi elektrik enerjisinin qiymət artımını qəbul etdiyi və bu ölkəyə daşımaların davam etdiyi bildirilib.
İndex.az xəbər verir ki, açıqlamada qiymət artımı ilə bağlı Çinlə danışıqların davam etdiyi bildirilərək, bu səbəbdən göndərişi qismən azaltmağa başladıqları deyilib.
Rusiya hökuməti daxili bazarı qorumaq üçün xarici valyutaya əsaslanan gəlir təmin edən bəzi ixrac məhsullarından rus rublunun ucuzlaşmasından asılı olaraq müxtəlif dərəcələrdə əlavə gömrük rüsumları toplamağa başladı.
“İnter RAO” elektrik enerjisi ixrac etdiyi ölkələrə qiymətlərdə 7 faiz artım olacağını da açıqlayıb.
Rusiyanın yeganə elektrik enerjisi ixracatçısı olan “İnter RAO” ötən il Çinə 4,7 milyard kilovatsaat elektrik enerjisi tədarük edib. Şirkət Çinlə yanaşı, Monqolustan və Azərbaycana da elektrik enerjisi göndərir.