
Dünyanın ən əhəmiyyətli texnologiya şirkətlərindən biri olan “Apple”in son vaxtlar idmanla bağlı bizneslərə diqqət yetirdiyini görürük. Görünür, şirkət bununla bağlı planlarını genişləndirməyə başlayır.
İndex.az xəbər verir ki, “Apple” yarış həvəskarları tərəfindən sevilən “Formula 1″in yayım hüquqlarını əldə etmək üçün hazırlıqlara başlayıb. Şirkətin ödəniş planının hazır olduğu və böyük bir təkliflə yayım hüququnu istəyəcəyi iddia edildi.
“Business F1” jurnalının hesabatına görə, “Apple” “Formula 1″in eksklüziv yayım hüquqlarını əldə etmək üçün 2 milyard dollar təklif edəcək. Bu, “Formula 1″in istənilən televiziya kanalı ilə bağlayacağı razılaşmadan təxminən iki dəfə çoxdur.
Əgər iddia edildiyi kimi baş verərsə, “Apple TV+”nin aylıq istifadəçilərinin sayında böyük artım olacağı gözlənilir. Həm idman, həm də yarış həvəskarlarının “Apple”i seçməkdən çəkinməyəcəkləri düşünülür.