ABŞ-da ipoteka faizləri son 22 ilin ən yüksək həddinə çatıb

ABŞ-da ipoteka faizləri ötən həftə son 22 ilin ən yüksək səviyyəyə qalxıb.

İndex.az xəbər verir ki, bu artımla mənzil alqı-satqısı müraciətləri də son 20 ilin ən aşağı səviyyəsinə düşüb.

Son vaxtlar borclanma xərclərinin artması artıq çətin dövrünü yaşayan mənzil sektoruna daha da mənfi təsir göstərir.

Maliyyə xərclərinin artmasına baxmayaraq, məhdud təklif səbəbindən mənzil qiymətləri artmaqda davam edir.