“Huawei”in 18 karatlıq qızıl saatı satışa çıxır

“Huawei”in göz qamaşdıran saatı “Watch Ultimate Design” satışa çıxarılıb.

“Huawei Watch Ultimate Design Gold Edition” adı ilə təqdim edilən saatın qiyməti 2,930 dollardır.

18 karat qızıl dizaynı ilə yeni “Huawei Watch Ultimate” ən bahalı ağıllı saatlardan biridir.

“Huawei Ultimate Design” smart saatı oktyabrın 2-də ilkin sifariş üçün təqdim olunacaq. Oktyabrın 18-də isə onlayn rejimdə olacaq.

Korpusu tamamilə 18 karatlıq qızıldan hazırlanmış saat altı hissədən ibarət olacaq.