NASA ilk bütöv asteroid nümunəsini Yerə gətirir

NASA bütöv asteroid nümunəsinin bu həftə Yerə çatacağını təsdiqləyib.

İndex.az xəbər verir ki, bu, bir çox cəhətdən əhəmiyyətli bir missiyadır, çünki kosmosda əldə edilən asteroid nümunəsi daha əvvəl heç vaxt Yerə gətirilməyib.

8 sentyabr 2016-cı ildə buraxılan “OSIRIS-REx” 20 oktyabr 2020-ci ildə “Bennu” asteroidinin səthindən nümunə götürməyi bacarıb.

O vaxtdan bəri, kapsul Yerə səyahətini davam etdirir və 24 sentyabr 2023-cü il tarixində 17:00-da ABŞ Müdafiə Nazirliyinin “Yuta Test və Təlim Poliqonu”na enməsi gözlənilir.