
“SpaceX” “Starlink” xidməti üçün lisenziya almaq məqsədi ilə İnformasiya Texnologiyaları və Rabitə Qurumuna (BTQ) rəsmi müraciət edib.
İndex.az xəbər verir ki, bu barədə Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan açıqlama verib:
“Aşağı orbitli peyk xidmətləri göstərən “Starlink”, Türkiyədə fəaliyyət göstərmək istədiklərini dilə gətirdi. Bu istəklər əsasında bu gün İnformasiya Texnologiyaları və Rabitə Qurumunda “SpaceX” rəsmiləri ilə məhsuldar görüş keçirdik. Peyk xidmətləri ilə əlaqədar 25 sentyabrda keçiriləcək yığıncaqda bütün rabitə sektoru və ictimaiyyətin fikirlərini alacağıq”.