AMB rəsmisindən faiz PROQNOZU

Avropa Mərkəzi Bankının İdarəetmə Şurasının üzvü Yannis Stournaras bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Stournarasın sözlərinə görə, qeyri-müəyyənlik böyük olsa da, indiki vəziyyətdə növbəti addım uçot dərəcələri aşağı salmaq olacaq.

“Məncə, uçot dərəcələrinin zirvəsinə çatdıq. Keçən həftə depozit uçot dərəcəsinin 4%-ə yüksəlməsi inflyasiyanın hədəfə qaytmasına əhəmiyyətli töhfə verəcək. Bu artımdan sonra iqtisadi məlumat tələb olunarsa, yenidən faiz artımı ediləcək”.