Rusiya benzin və dizelin ixracını məhdudlaşdırıb

Rusiya hökuməti daxili bazarda qiymət artımı ilə əlaqədar benzin və dizelin ixracını məhdudlaşdırıb.

İndex.az xəbər verir ki, Rusiya hökumətindən verilən yazılı açıqlamada, daxili bazarda yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarının onları tarazlaşdırmaq üçün alındığı bildirilib.

Açıqlamada qeyd edilib ki, benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyətlər qoyulacaq və müvəqqəti məhdudiyyətlər yanacaq bazarında təklifə kömək edəcək ki, bu da istehlakçılar üçün qiymətlərin azalmasına səbəb olacaq

Rusiyada bir müddətdir ki, rublun məzənnəsinin xarici valyutalar qarşısında zəifləməsi və ixracın artması səbəbindən benzin və dizelin qiyməti qalxır.