İngiltərə Bankından sürpriz qərar

İngiltərə Bankı (BoE) bazar gözləntilərinin əksinə olaraq siyasət faizini sabit saxlayıb.

İndex.az xəbər verir ki, BoE inflyasiyanın aşağı düşməsi və tənəzzül qorxularının artması fonunda son 30 ilin ən aqressiv sərtləşdirmə dövrünü başa vurub.

Beləliklə, BoE siyasət faizini 5,25% səviyyəsində saxlayıb.

İqtisadçıların gözləntiləri Uçot dərəcəsinin 5,50%-ə yüksələcəyi idi.