
Rusiyanın Ural Hava Yollarına məxsus RA-73805 qeydiyyatlı, Soçidən Omska uçan 19 yaşlı Airbus A320 model təyyarəsi uçuş zamanı hidravlik sistemdə nasazlıqla üzləşib. Ölümcül nasazlıqla üzləşən təyyarə Omsk hava limanının uçuş-enmə zolağının qısa olması səbəbindən Sibirin Novosibirsk bölgəsinə yönləndirilib.
Lakin təyyarə hələ də yeni marşruta doğru hərəkət edərkən, pilotlar fövqəladə vəziyyət elan ediblər. Daha sonra pilotlar təyyarənin yanacağı kritik səviyyədə olduğu üçün təyin olunmuş hava limanına çatmamış uyğun sahəyə endirmək qərarına gəliblər.
Fövqəladə vəziyyətdə təyyarəni idarə edən pilotlar 159 sərnişin və 7 ekipaj üzvü ilə Novosibirsk şəhərindən təxminən 180 km aralıda gördükləri buğda tarlasına təcili eniş ediblər. Enişdən sonra xəsarət alan və ölən olmadığı bildirilsə də, yerə qeyri-adi eniş etdiyi üçün təyyarənin qanadlarında və eniş şassilərində müəyyən qədər ziyan meydana gəlib.
Bununla belə, təyyarənin ümumi quruluşu dağılmayıb, təhlükəsiz yerə enib. Mövzu üzrə ekspert olan müstəntiqlər araşdırmalarını yekunlaşdırdıqca bu hadisə ilə bağlı təfərrüatlar gələcəkdə bəlli olacaq.
Hadisə ilə bağlı maraqlı təsadüf də diqqətdən yayınmayıb. Rusiyanın Ural Hava Yollarına məxsus Airbus A321 təyyarəsi 2019-cu ilin avqustunda Moskvadan havaya qalxarkən quş sürüsünə çırpılıb və təyyarənin hər iki mühərriki yararsız hala düşüb. Bu hadisədə kokpit heyəti təyyarəni qarğıdalı tarlasına uğurla endirib.
Belə hadisələrə görə, təyyarələrin uçuş-enmə zolağından başqa yerə enməsinin nə dərəcədə düzgün və ya mümkün olması sualı yarana bilər. Ural Hava Yollarının son hadisəsində gördüyümüz kimi, təyyarələr fövqəladə hallarda pilotluq bacarıqları ilə belə yerlərə enə bilirlər.
Bununla belə, fövqəladə hallarda belə bir hadisə müxtəlif ssenarilər və ehtiyat marşrutlar və ya uçuş planları arasında ən az ehtimal olunan hadisələrdən biridir. Ancaq təyyarənin nasazlığı və əsas uçuş dinamikasına təsir edəcək sistemlərin təsirsiz hala gəlməsi kimi bir ssenaridə lazım gələrsə, pilotlar təyyarənin və sərnişinlərin təhlükəsizliyi üçün belə bir qərar verə bilər.
İş o yerə çatıb ki, 2009-cu ildə filmə mövzu olan US Airways şirkətinə məxsus Airbus 320 seriyalı sərnişin təyyarəsi 1549 saylı Uçuş havaya qalxdıqdan qısa müddət sonra qaz sürüsünə çırpılıb və hər iki mühərriki itirib. Havada heç bir qüvvə mənbəyi qalmadığı üçün təyyarə planer kimi sürüşməyə başlayıb.
Təyyarənin kapitanı Çesli Sullenberqer və ikinci pilot kritik qərar qəbul edərək təyyarəni Hudson çayına doğru istiqamətləndirdilər və böyük pilotluq bacarığı ilə 155 sərnişini daşıyan Airbus A320 təyyarəsini Hudson adasında salamat endirməyə nail oldular.
Aviasiya sahəsində geniş əks-səda doğuran bu hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində kokpit heyəti qəhrəman elan edilib. Bu hadisədən də göründüyü kimi, təyyarələr uçuş-enmə zolağından başqa bir yerə asanlıqla enmir. Vəziyyətin bu səviyyəyə çatması üçün o səyahətə xas olan bütün ehtiyat sistemlər və müxtəlif uçuş planları qeyri-kafi olmalıdır. Bundan əlavə, US Airways hadisəsində əks olunduğu kimi, pilotlar bir çox mümkün fövqəladə hallar üçün xüsusi təlim alırlar.
Ukrayna böhranının başlaması ilə bir çox qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar Rusiya aviasiyasına təsir edib. Təyyarələrə texniki xidmət göstərmək üçün tələb olunan ehtiyat hissələrinin tədarükündə çətinlik çəkən Rusiya şirkətləri maraqlı və riskli həll yollarına cəhd edirlər. Bunlardan biri də bu yaxınlarda fərqli bir Rusiya aviaşirkətinin bəzi təyyarələrini əyləcsiz istifadə etmək qərarına gəlməsi idi.
Təyyarələrin təhlükəsiz uçuşunun əsas şərtlərindən biri də onlara texniki xidmətin müvafiq prosedurlara uyğun və keyfiyyətli xidmət göstərilməsidir. Müharibə başlayandan bəri təyyarələrə, xüsusən də ehtiyat hissələrinə texniki qulluqda ciddi problemlərlə üzləşən ruslar hətta bəzi təyyarələri söküb, hissələrini digər təyyarələrə quraşdırmaq qədər də irəli gediblər.
Bu prizmadan baxıldığında, nasazlıq nəticəsində sahəyə enən Ural Hava Yollarına aid təyyarənin bu vəziyyəti yaşamasının səbəbinin baxımsızlıq ola biləcəyi və Rusiya- Ukrayna müharibəsi dolayısı ilə bu vəziyyətə yol açdı.